Şuşanın işğalı zamanı zədələnmiş və Bakıya gətirilmiş 3 dahi şəxsiyyətin heykəli Şuşaya qaytarılıb.
İllərdir “Güllələnmiş heykəllər” adlandırılan Üzeyir Hacıbəyli, Bülbül və Natavanın heykəlləri Azərbaycan Prezidenti İlham Əliyevlə ailəsinin Şuşaya səfəri ərəfəsində doğma yurduna geri qaytarılıb.