Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 20 Yanvar hadisələri zamanı şəhid olanların ailə üzvlərinə və əlillərə yardım edilib.
Bu barədəZirveyolu.info a komitədən məlumat daxil olub.
Bildirilib ki, 20 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində Komitə sədrinin əmri ilə həmin faciənin qurbanı olmuş şəhidlərin qaçqın ailə üzvlərinə və əlillərə, ümumilikdə, 21 şəxsə 200 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.