Cəmiyyət Təhsil

İnterneti olmayan şagird necə imtahan verəcək?

Sürətli internet bağlantısı və ya internetə çıxışı olmayan şagirdlər məktəblərdə imtahan verəcək.

Bu barədə Təhsil Nazirliyinin təsdiq etdiyi “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları”da öz əksini tapıb.

Bildirilib ki, sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən şagirdin əyani formada qiymətləndirmədə iştirakı “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər” nəzərə alınaraq təmin olunmalıdır.

“Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili müddətində qüvvədədir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir