Müəllimlər də vaksinasiya prosesinə cəlb olunacaqlar.
Bu barədə Təhsil naziri Əmin Əmrullayev brifinqdə bildirib. Nazir deyib ki, vaksinasiya könüllü olacaq:
“50 yaşdan yuxarı müəllimlər peyvənd olunacaq. Təhsil Nazirliyi vaksinasiya olunacaq müəllimlərin siyahısını hazırlayıb. Bakı şəhəri üzrə 16698, bölgələr üzrə isə 32600-dən çox müəllimin peyvənd olunması gözlənilir. Qeyd etmək istərdim ki, peyvəndləmə könüllü şəkildə aparılacaq”.
E.Əmrullayev 50 yaşdan yuxarı müəllimlərin könüllü vaksinasiyasının pandemiya ilə mübarizədə həyatımızı asanlaşdıracağını düşünür.