Dünya Manşet

Ukraynada matəm elan edildi

Ukraynanın Xarkov şəhərində qocalar evində yanğından sonra matəm elan edilib.

Vesti.ru Ukrayna Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, faciə nəticəsində 15 nəfər ölüb, 9 nəfər yaralanıb.

İkimərtəbəli yaşayış evindəki pansionat qanunsuz fəaliyyət göstərib.

Fakta bağlı cinayət işi başladılıb, araşdırma üçün komissiya yaradılıb.

İlkin məlumatlara görə, hadisəyə nasaz qaz avadanlığı səbəb ola bilər.

Bina sahibinin qanunsuz fəaliyyət göstərən bir neçə oxşar qocalar evinin olduğu istisna edilmir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir