“Ölkə qanunvericiliyə müvafiq olaraq nazirliyin tabeliyində olan Bələdiyyələrlə iş mərkəzi tərəfindən 79 858 akt tərtib olunub, 76 433 akt qanuna uyğun olub. 2 939 aktın isə dəyişdirilməsi və ləğvi üçün aidiyyəti üzrə tapşırıq verilib”.
Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov deyib.
O bildirib ki, pandemiya dövründə digər sahələrdə olduğu kimi Bələdiyyələrlə iş mərkəzinin də fəaliyyətində çətinliklər yaranıb:
“İnzibati tədbirlər görülməsi nəticəsində bələdiyyə aktlarının ləğvi məsələləri 0,5 faiz azalıb.
İl ərzində 3500 müraciətə baxılıb, bu istiqamətdə 800 nəfərin qəbulu həyata keçirilib.
Müraciətlərin sayı 6 faiz çox olub. Təmin edilən müraciətlərin sayı 17 faiz artıb. Bununla yanaşı, 328 qanunazidd bələdiyyə aktının dəyişdirilməsi və ləğvi ilə bağlı bələdiyyələrə müraciət olunub”.