2011-ci ildə hücuma məruz qalan İbrahim Tatlısesin öldürülməsinə təşəbbüs göstərməkdə günahlandırılan Abdullah Uçmakın hadisədən 3 il əvvəl Tatlısesə təhdid məktubu göndərdiyi ortaya çıxıb.
Unikal.org xəbər verir ki, illər sonra ortaya çıxan məktubda Uçmakın Tatlısəsə təhdid etdiyi bildirilib.
Qeyd edək ki, İbrahim Tatlıses 14 Mart 2011-ci il tarixdə köməkçisi Buket Çakıcı ilə İstanbulun Maslakdakı Nurol Plazasından çıxarkən beş nəfərin hücumuna məruz qalıb. Başından yaralanan sənətçi uzun illər müalicə alıb.