Manşet

Fərman İsmayılovun nəşi Azərbaycana yola salındı

Yanvarın 23-də Qvineya körfəzində Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi İstanbula gətirilib.

Unikal.org xəbər verir ki, cənazəni gətirən Türk Hava Yollarının təyyarəsi saat 04:30 radələrində İstanbul hava limanına enib.

Cənazə saat 07:30-da THY-nin ilk İstanbul-Bakı reysi ilə Azərbaycana yola salınıb.

Qeyd edək ki, dəniz quldurlarının hücumu nəticəsində 19 ekipaj üzvündən 15-i qaçırılıb, bir Azərbaycan vətəndaşı öldürülüb. Gəmi üç nəfərlə Qabonun Port-Gentil limanına üzüb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir