İrlandiyalı qarışıq döyüş ustası Konor Makqreqor altı ay müddətinə rinqdən kənarlaşdırılıb.
Bu barədə “MMAJunkie” resursu məlumat yayıb.
Məlumatda bildirilir ki, irlandiyalı sırf tibbi səbəblərdən döyüşlərə buraxılmayacaq. Belə ki, sonuncu döyüşündə o, ciddi zədələr alıb.
Xatırladaq ki, Makqreqor son döyüşünü yanvarın 24-də amerikalı Dastin Puaryeyə qarşı keçirib.
Əbu-Dabidə UFC 257 turniri çərçivəsində keçirilən qarşılaşmada Puarye rəqibini nokauta göndərib.
Qeyd edək ki, Makqreqorun hesabında 27 döyüşdə 22 qələbə var.