“Onlayn dərslərin keçirilməsi prosesi nazirlik nümayəndələri tərəfindən izlənilir”.
Bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları “Facebook” profilində cavablandırarkən deyib.
O bildirib ki, Təhsil Nazirliyi və Təhsil İnstitutu, eləcə də Nazirliyin nəznində olan qurumlar müəllimlərin onlayn dərs prosesini izləyir:
“İlkin mərhələ ilə müqayisədə onlayn dərslər daha yüksək səviyyədə yerinə yetirilir. Biz bu prosesləri izləyirik və pandemiyadan sonra da bu tədris metodundan istifadə etməyi düşünürük”.