İşsizlikdən sığorta ödənişinin hesablanması qaydaları dəyişdirilir
İşsizlikdən sığorta ödənişinin hesablanması qaydaları dəyişdirilir. Bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik təklif edilir. Qanunun qüvvədə olan variantına əsasən, işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsi…
Sənaye məhəllələri və sənaye parkları yeni agentliyə verildi – SƏRƏNCAM
Neftçala, Masallı, Hacıqabul, Sabirabad sənaye məhəllələri və Mingəçevir, Qaradağ, Pirallahı sənaye parkları “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tərkibindən çıxarılıb. Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, həmin məhəllələr və parklar yeni yaradılmış İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib.
Azərbaycanda yeni agentlik yaradılır – FƏRMAN
Prezident İlham Əliyev Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin…