Bakıda piyadanın xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, avtomobil yolu keçən 1966-ci il təvəllüdlü Abdullayev Aqil İbnəli oğlunun ayağının üzərindən keçib.
Xəsarət alan piyada xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.