Cəmiyyət

Məhkumların elektron nəzarət vasitəsindən istifadə ilə bağlı Baş nazirdən QƏRAR

“İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası” təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Elektron nəzarət vasitəsinin tətbiqi Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminin elektron nəzarət üzrə altsistemi vasitəsilə həyata keçirilir.

Şəxslərə istifadə üçün elektron nəzarət vasitəsi onlar barəsində məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı əsasında Cəzaların İcrası Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq icra məmuru tərəfindən təqdim edilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir