Ahmet Bakır – 16 yaşım var, Azərbaycan Ali Baş Komandanımız İlham Əliyevlə görüşməyi xahiş edirəm
ABDULLAH YİĞİT TÜRKİYƏ – XÜSUSİ XƏBƏR
Xüsusi olaraq Azərbaycan mediasında – “Ahmet Bakır, 16 yaşım var, Azərbaycan Baş Komandanımız İlham Əliyevlə görüşməyi xahiş edirəm.”
Adım Ahmet Bakır, 16 yaşım var və Eskişehirdə yaşayıram.
Azərbaycanın Qarabağ – 07.10.2020-il tarixində Azərbaycanlı əsgər qardaşlarımızın torpaqlarımızın azad edilməsi uğrunda apardığı mübarizəni dəstəkləmək məqsədilə 6 qurban kəsdim və bu qurbanları azərbaycanlı qardaşlarımıza payladım inşaallah ki, müqəddəs şəhidlərimizin ruhuna ərməğan olar. Allah şəhidlərimizə rəhmət eləsin.
Şəhid əsgərlərimizin məkanı cənnət olsun, kədərli ailələrinə Allahdan səbr diləyirəm.
Və Azərbaycan prezidentimiz cənab İlham Əliyevə və bütün Azərbaycan xalqına dimdik bir duruş sərgilədikləri üçün ürəkdən təşəkkürlərimi bildirirəm. Bəli, “İki dövlət, bir millətik biz” dedik və bu torpaqlarda yaşayan millətimiz heç vaxt heç bir zalimə boyun əyməmişdir və əyməyəcəkdir.
Azərbaycan üçün ağlayan gözlərim, səmaya qalxan əllərim və edilən dualarım qəbul oldu.. Cənab Ali Baş Komandan İlham Əliyev və müzəffər Azərbaycan Ordusunun həm savaş meydanında və həm də siyasət meydanında göstərdikləri tarixi qəhrəmanlıq hələ əsrlər boyu danışılacaqdır.
Və medianız vasitəsilə, Azərbaycan prezidentimiz cənab Ali Baş Komandan İlham Əliyev ilə görüşməyi xahiş edirəm..