Manşet

Təhsil eksperti: “İmtahan binalarının qarşısında karantin qaydalarına nəzarət etmək mümkün olmayıb”

DİM ciddi tədbirlər görsə də, imtahan keçirilən binaların qarşısında karantin qaydalarının riayət edilməsi ilə bağlı məqamlara tam nəzarət edilməsi mümkün olmayıb.

Bunu təhsil eksperti Kamran Əsədov AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, 2020-ci ildə iştirak edən 400 min iştirakçı arasında yoluxmanın olmaması real deyil:

“İmtahanlarda iştirak edənlər növbəti imtahana 1 ay sonra qatılıblar. Bu zaman çərçivəsində yoluxmanı müəyyən etmək mümkün olmur. Lakin bütün hallarda imtahanın təşkili zamanı karantin qaydalarına riayət olunması üçün Dövlət İmtahan Mərkəzi çox ciddi tədbirlər görür”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir