İdman Manşet

Əməkdar məşqçi Xalq artistinin oğluna SAHİB ÇIXDI

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz evsiz qalıb və küçələrdə yatır.

“Elgizlə izlə” proqramı spirtli içki aludəçisi olan Çingizi xəstəxanaya yerləşdirib. 21 gün müalicə aldıqdan sonra o, yenidən əvvəlki həyatına qayıdıb. O, yenidən proqrama gələrək küçələrdə yatdığını söyləyib.

Verilişə zəng edən və adının açıqlanmasını istəməyən Əməkdar məşqçi Çingizə sahib çıxıb. O bildirib ki, onu işlə və qalacaq yerlə təmin edəcək.

“Bizim böyük idman mərkəzimiz var, ora yerləşdirmək istəyirik. Həm ora nəzarət etsin, həm də yemək verək” deyə, həmin şəxs söyləyib./Axşam.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir