Bildiyimiz kimi bu gün Azərbaycanda sosial-iqtisadi inkişaf bütün sahələrdə çox aydın şəkildə nəzərə çarpır. Ölkəmizdə istənilən sahədə gedən dinamik inkişafın başlıca səbəbi, elmi texniki tərəqqinin yüksək səviyyədə olmasıdır. Artıq dünyada inkişaf etmiş ölkələrin əksəriyyəti, Azərbaycanla siyasi-iqtisadi əlaqələrini möhkəmləndirir və ölkəmizin təcrübəsindən faydalanır. Vətən müharibəsində əldə etdiyimiz nailiyyətlər Azərbaycanın regionda iqtisadiyyatının günü-gündən dirçəlməsinin bariz nümunəsidir. Respublikamızın dövlət sərhədlərinin bərpa olunması da iqtisadi-mədəni əlaqələrimizi sürətləndirən faktorlardandır. Torpaqlarımızın ərazi bütövlüyünün bərpası ölkəmizin gələcəkdə mühüm rol oynayacaq (TRASEKA) nəqliyyat dəhlizinə çevriləcəyinə zəmin yaradan amillərdəndir. Göstərdiyim bu səbəblər ölkəmizin iqtisadi həyatına, vətəndaşlarımızın maddi rifah halının yaxşılaşdırılmasına müsbət şəkildə öz təsirini göstərəcəkdir. Ölkəmizin sosial-iqtisadi inkişafının düzgün qurulmasının təməlində əvvəlcə sağlam və bilikli Azərbaycan gənclərinin cəmiyyətimizdə formalaşması mütləqdir.
Azərbaycanda fəaliyyət göstərən özəl və dövlət şirkətləri bir sıra xarici ölkə koorperativlərini ölkəmizə xarici kapital (investisiya) qoyuluşuna maksimum dərəcədə cəlb etməlidirlər.
Hesab edirəm ki, bu istiqamətdə aparılan iqtisadi islahatlar respublikamızın regionlarında da bərabər səviyyədə inkişaf etdirilməlidir. Bu gün Azərbaycan Vətən müharibəsindən yeni çıxmış bir dövlət olmasına baxmayaraq öz sosial-iqtisadi quruculuğunu uğurla həyata keçirir.
Fuad Mənsimov,
“Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru