Səhiyyə

Sabahdan ATU-nun klinikası normal fəaliyyətini bərpa edir

 

Sabahdan Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikası normal fəaliyyətini bərpa edir.

Oxu.Az-ın məlumatına görə, bir müddətdir koronavirusla mübarizə çərçivəsində pandemik xəstəxana kimi fəaliyyət göstərən Tədris-Terapevtik Klinikasının radiologiya şöbəsi, rentgen kabineti də sabahdan hər zaman olduğu kimi xəstələrin qəbulunu, müayinəsini həyata keçirəcək.

Xatırladaq ki, ATU-nun Tədris-Terapevtik Klinikası pandemiyanın ilk dövrlərindən koronavirusa yoluxan xəstələrin müalicəsi üçün ayrılmışdı.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir