Səhiyyə

Yoluxanların sayı bu gün azaldı

Azərbaycanda son sutkada koronavirusa 140 yeni yoluxma faktı qeydə alınıb, 205 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231 649 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 226 119 nəfər müalicə olunaraq sağalıb, 3 170 nəfər vəfat edib, aktiv xəstə sayı 2 360 nəfərdir.

Ölkədə son sutka ərzində 7 315, hazırkı dövrədək isə 2 478 223  test aparılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir