Əlilliyin təyin edilməsi üçün saxta epikrizin verilməsi müqabilində vətəndaşlardan rüşvət almaqda təqsirləndirilən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının 16-cı şöbəsinin müdiri Səriyyə Tanverdiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” məlumatına görə, cinayət işi hakim Siyavuş Hacıyevin icraatında araşdırılacaq.
Səriyyə Tanverdiyeva Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsi ilə ittiham verilib.