Manşet

27 gündür itkin düşən azyaşlı qız polis tərəfindən tapıldı

Bakıda 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçan 17 yaşlı Kifayət Vəlicanova tapılıb.

Bu barədə Oxu.Az-a onun atası Rauf Vəlicanov məlumat verib.

O bildirib ki, qızı fevralın 10-də paytaxtın Nizami rayonu Koroğlu metrostansiyasının yaxınlığında tapılıb:

“Qızım fevralın 10-də Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılıb. Məlumat verilən kimi şöbəyə yaxınlaşıb qızımı oradan götürdüm. O artıq xəstəxanada yox, evdədir. Məsələyə diqqət göstərən hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, azyaşlının psixoloji problemləri var. O yanvarın 15-də müalicə aldığı 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçmışdı.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir