Azərbaycan Tibb Universitetinin (ATU) Bədən tərbiyəsi və idman kafedrasının müdiri Kamal Əkbər oğlu Kəbirlinski dünyasını dəyişib.
Tibb Universitetindən Zirveyolu.info-a verilən məlumata görə, professor Kamal Kəbirlinski 1969-cu ildən ATU-nun Bədən Tərbiyəsi və İdman Kafedrasına rəhbərlik edib.
Qeyd edilib ki, Prezident təqaüdçüsü yüzlərlə elmi-məqalələrin, tezislərin, monoqrafiyaların, dərslik vəsaitlərinin müəllifi olub.