Manşet

Deputat idman zallarının açılması üçün çağırış etdi

“Azərbaycanda idman zalları bir ilə yaxındır ki, bağlıdır. Halbuki dünyanın bir çox ölkəsində pandemiya olsa da, idman zalları açıqdır”.

Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa Nazirlər Kabineti yanında operativ qərargahın idman zallarının açılması ilə bağlı qərar verməməsinə münasibət bildirərkən deyib.

“İdman zalları açılsa, nə olacaq? Orada yoluxma çoxalacaq? Xeyr”,- deyə o əlavə edib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda bir çox sahələrdə bahalaşma müşahidə olunur, amma bəzi sahələrin fəaliyyətinə hələ də icazə verilmir:

“Bu, problemlər yaradır, bir çox sahələr açılmalıdır ki, sahibkarlar işi ilə məşğul olsun”, – deyə F.Mustafa bildirib.

Aqşin Kərimov

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir