Manşet Səhiyyə

İrəvanda baş verən zəlzələ Naxçıvanda hiss edildi

Bu gün günorta saatlarında Ermənistanın paytaxtı İrəvanda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ yerli vaxtla saat 15:29-da Heydərabad stansiyasından 44 kilometr şimalda Ermənistan ərazisində qeydə alınıb.

Zəlzələ Azərbaycanın sərhəd rayonlarında və Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss olunub.

Ermənistan mediasının yaydığı məlumata görə, yeraltı təkanlar İrəvanda və ətraf ərazilərdə təşvişə səbəb olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir