Səhiyyə

Oqtay Şirəliyevə peyvəndin ikinci dozası vuruldu – ÖZƏL

Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevə koronavirusa qarşı peyvəndin ikinci dozası vurulub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.

Bildirilib ki, nazir vaksinasiyadan sonra özünü yaxşı hiss edir, səhhəti normaldır.

O.Şirəliyev Bakı Sağlamlıq Mərkəzində vaksinasiya edilib.

Qeyd edək ki, Oqtay Şirəliyev vaksinasiya olunan ilk şəxslərdən biridir. Ona peyvəndin ilk dozası yanvarın 18-də vurulmuşdu.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir