Azərbaycan çempionatının I divizionunda iki oyun təxirə salınıb.
XIII turunun qarşılaşmalarının təxirə salınmasına güclü qar səbəb olub.
Dünən start götürən, lakin yarımçıq dayandırılmış “Turan Tovuz” – “Sumqayıt-2” görüşü görülən bütün tədbirlərə baxmayaraq, qar yağması davam etdiyinə görə təxirə salınıb.
Həmçinin bu gün keçirilməli olan “Kəpəz” – “Qaradağ Lökbatan” qarşılaşması da analoji hava şəraiti ilə əlaqədar baş tutmayacaq. Görüşlərin yeni vaxtı barədə Peşəkar Futbol Liqası qərar verəcək.
Qeyd edək ki, “Turan Tovuz” – “Sumqayıt-2” oyunu dayandırıldığı vaxtdan – 51-ci dəqiqədən etibarən keçiriləcək.