Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının yeni tərkibdə növbəti iclası başlayıb.
Zirveyolu.info-ın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.
Baş Prokuror Kamran Əliyev Əfv Komissiyasının iclasına qatılıb.
Baş prokuror, Ali Məhkəmənin sədri və İnsan Hüquqları üzrə Müvəkkili (Omdusman) komissiyanın üzvü olmasalar da, iclaslarda iştiraka dəvət olunurlar.
Bugünkü iclasda Baş Prokuror Kamran Əliyev iştirak edərək, bəzi məsələlərə münasibət bildirib. /APA