2021/2022-ci ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb.
Zirveyolu.info-un məlumatına görə, sənəd qəbulu bu gün səhər saat 10-da bitib. 19764 nəfər ərizəsini təsdiq edib.
Həmin şəxslərdən 18026 nəfəri Azərbaycan, 1738-i rus bölməsindəndir.
Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanı üçün birinci şans fevralın 28-də veriləcək.
Bu imtahan üçün ikinci şansın iyun ayı ərzində verilməsi planlaşdırılır.