Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksander Lukaşenko 22 fevralda Soçidə danışıqlar aparacaqlar.
Bu barədə Rusiya Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
“Görüşdə Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafındakı əsas məsələlərin müzakirəsi nəzərdə tutulur. Ticarət, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə böyük müştərək layihələrə, həmçinin ittifaq dövləti çərçivəsində inteqrasiya proseslərini daha da inkişaf etdirməyə xüsusi diqqət yetirilməsi planlaşdırılır”,- deyə açıqlamada əlavə olunub.