Manşet

Emin Əmrullayev: “Ali məktəblərə “Təd­qi­qat uni­ver­si­te­ti” sta­tu­su ve­­ril­əcək”

“Ha­zır­da biz tex­no­lo­gi­ya­la­rın bö­yük sü­rət­lə də­yiş­di­yi Dör­dün­­cü sə­na­ye in­qi­la­bı döv­rü­nə qə­dəm qoy­mu­şuq. Dör­dün­cü sə­na­ye in­qi­­la­bı miq­ya­sı, ma­hiy­yə­ti və mü­rək­­kəb­li­yi ba­xı­mın­dan bə­şə­riyyə­tin bü­tün əv­vəl­ki təc­rü­bə­lə­ri­nin heç bi­ri­nə bən­zə­mir.

Bu ba­xım­dan is­tə­­ni­lən ali təh­sil sis­te­mi­nin qar­şı­sın­da du­ran mü­hüm hə­dəf­lər­dən bi­ri də müasir in­ki­şaf ten­den­si­ya­la­rını nə­zə­rə alın­maq­la el­mi-təd­qi­qat­la­rın apa­rıl­ma­sı, key­fiy­yət­li el­mi-təd­qi­qat məh­­sul­la­rı­nın əl­də edil­mə­si və kom­mer­­si­ya­laş­dı­rıl­ma­sı­na nail ol­maq­dır”.

Bunu Təhsil naziri Emin Əmrullayev “Milli Məclis” jurnalına verdiyi müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, ali məktəblərə “Təd­qi­qat uni­ver­si­te­ti” sta­tu­su ve­­ril­mə­si üçün ali təh­sil müəs­si­sə­lə­ri qar­şı­sın­da mü­va­fiq tə­ləb­lər qo­­yul­ub və ha­zır­da bu is­ti­qa­mət­də müva­fiq iş­lər gö­rü­lür:

“Bu ba­xım­dan bə­zi ix­ti­sas­laş­dı­rıl­mış uni­ver­si­tet­­lər­də klas­ter­lər ya­ra­dıl­ma­lı, el­mi nə­ti­cə­lə­rin is­teh­sa­la tət­bi­qi sti­mul­­laş­dı­rıl­ma­lı, təh­sil-elm-is­teh­sal əla­­qə­lə­ri­nin sə­mə­rə­li­li­yi yük­səl­dil­mə­li, in­no­va­si­ya­la­rın kom­mer­si­ya­laş­dı­rıl­­ma­sı, təd­qi­qat uni­ver­si­te­­ti­nin ya­ra­dıl­ma­sı ilə bağ­lı qarşıda duran hədəflərə nail olunmalıdır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir