Manşet

Hakerlər yalançı zəlzələ yarada bilərlər

Afina Milli Rəsədxanasının alimləri seysmik nəzarət cihazlarında hakerlərin istifadə edə biləcəkləri əhəmiyyətli təhlükəsizlik boşluqlarının olduğunu aşkar ediblər.

“EADaily” portalının məlumatına görə, rəsədxananın professoru Mixael Samiosun sözlərinə görə, hakerlər bu cihazlara daxil ola və zəlzələyə səbəb olan dalğaların intensivliyi barədə sistemə yalan məlumatlar ötürə bilərlər.

“Şifrələnməmiş məlumatlar, etibarsız protokollar və zəif istifadəçi identifikasiyası mexanizmləri seysmoloji şəbəkələri kiber hücumlara qarşı həssas edən təhlükəsizlik məsələlərindəndir”, – deyə yunan alimi bildirib.

Onun sözlərinə görə, laboratoriya təcrübəsində alimlər zəlzələnin intensivliyini əhəmiyyətli dərəcədə dəyişdirərək dalğaları idarə edə biliblər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir