Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 233 644 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 228 157 nəfər müalicə olunaraq sağalıb, 3206 nəfər vəfat edib, aktiv xəstə sayı 2281 nəfərdir.
Ölkədə son sutka ərzində 7915, hazırkı dövrədək isə 2 571 016 test aparılıb.