Cəmiyyət Manşet

Bu tarixdən Kiyevdən Bakıya uçuşlar bərpa olunacaq

Ukrayna Beynəlxalq Hava Yolları (UİA) martın 13-dən etibarən Kiyevdən Bakıya uçuşları bərpa edəcək.

Bu barədə UİA-nın mətbuat xidməti məlumat yayıb. Borispoldan Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Aviaşirkətin məlumatına görə, Azərbaycana yalnız ölkə vətəndaşları Azərbaycandakı diplomatik nümayəndəlik və konsulluqların işçiləri, rəhbər şəxsləri və onların ailə üzvləri, yaşayış icazəsi olan əcnəbilər giriş edə bilərlər. Sərhədi IMMD-nin akkreditə olunmuş laboratoriyasında uçuşdan 48 saat əvvəl verilmiş PZR test nəticəsinin mənfi olması barədə sənədlə keçmək olar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir