Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayonunda şəxsin minaya düşərək xəsarət alması ilə bağlı Cəbrayıl Rayon Prokurorluğuna gələn məlumat əsasında araşdırma aparılıb.
Bu barədə Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Cəbrayıl rayon sakini 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alıb.
Araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.