Səhiyyə

Yoluxanlarla bağlı bu günə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 233 770 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 228 299 nəfər müalicə olunaraq sağalıb, 3209 nəfər vəfat edib, aktiv xəstə sayı 2262 nəfərdir.

Ölkədə son sutka ərzində 5438, hazırkı dövrədək isə 2 576 454 test aparılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir