Manşet Siyasət

Prezident 35 media qurumunun 50-dək sualını cavablandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı 4 saatdan çox davam edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı mətbuat konfransında 35 media qurumunun 50-dək sualını cavablandırıb.

Prezident İlham Əliyev jurnalistlərin suallarına dörd dildə – Azərbaycan, türk, ingilis və rus dillərində cavab verib.

Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında deyib ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir