Ölmək üzrə olan tibb bacısının etirafı hər kəsi şoka salıb.
Elizabet adlı qadın 5 min körpəni zövq aldığı üçün dəyişdiyini bildirib.
Qadın bunları ölüm yatağında xəstəxanada etiraf edb. Analara və körpələrinə xəbərdarlıq edən tibb bacısı ”Hər kəsin dəri rəngi açıq, amma sizinki fərqlidirsə, dəyişdirdiyim körpələrdən biri ola bilərsiniz” deyərək müraciət edib.
Zambiyalı təqaüdçü tibb bacısı Elizabet yerli “Zambian Observer ” qəzetinə verdiyi açıqlamada 13 illik karyerası ərzində minlərlə yeni doğulmuş körpəni xəstəxanada dəyişdirdiyini,1983-1995-ci illər arasında paytaxt Lusakadaki Universitet Tədris Xəstəxanasında (UTH) işlədiyini bildirib:
“Tanrını tapdım və yenidən doğuldum. Gizlədəcək bir şeyim yoxdur. Doğum evində işlədiyim müddətdə təxminən 5 min körpəni dəyişdirdim “(Sonxeber.az)