Gürcüstan respublikası etnik rəngarəngliyi və tolerantlığı ilə seçilir.Əsrlərdir ki, Gürcüstanda etnik azlıqlar yaşayırlar.Onlar ölkənin tamhüquqlu vətəndaşı olsalar da, siyasi , mədəni proseslərdən kənar qalırlar.Müsahibim Samirə Bayramova bunun səbəbini inteqrasiya siyasətinin həyata keçirilməməsi ilə əlaqələndirir. Gürcüstan azərbaycanlısı gənc fəal Bayramova hesab edir ki, xalqları bir-birinə bağlayan onların mədəniyyətidir. Novruzun milli bayram elan edilməsi Gürcüstanda yaşayan etnik qrupların dostluğunun möhkəmlənməsində, mədəni və sosial əlaqələrin güclənməsində mühüm rol oynayacaqdır. Dövlət tərəfindən bu qərarın verilməsi ölkəmizin çoxmədəniyyətli keçmişin və bu günün tanınmasına və gələcəkdə güclənməsinə yönəlmiş bir mesaj olacaqdır.
Gürcüstanın eks prezidenti Mixael Sakaşvilinin 23 mart 2010- cu il , № 187 1.Novruz Bayramının qeyd olunması ilə əlaqədar olaraq, 21 mart Gürcüstanda bayram elan edilsin.
Lakin 21 mart qeyri iş günü kimi təqvimə hələ də düşməyib.
Bu gün bir qrup fəal da Novruzun Rəsmi bayram elan olunmasını və qeyri iş günü olması üçün petisiya imzalayıblar. Samirə xanım qeyd edir ki, petisiyaya imza atanlar içərisində gürcülərə və daha çox Gürcüstanda yaşayan digər etnik azlıqların nümayəndələri var, imza kompaniyasına hətta, ermənilər də qoşulub.
Petisiya 9 mart 2021- ci il tarixində parlamentə təqdim olunacaq