Manşet

Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı – Siyahı

AMEA Prezidenti Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının İdarə Heyətindən çıxarılıb.

Bu barədə bu gün keçirilən qurultayda qərar verilib.

Həmçinin YAP-çı deputat Siyavuş Novruzov da İdarə Heyətindən kənarlaşdırılıb.

***

PA-nın sabiq şöbə müdiri, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri Əli Həsənov və sabiq baş nazirin müavini Əli Həsənov da İdarə heyətindən kənarlaşdırılıb.

***

Həmçinin Hacıbala Abutalıbov, Abel Məhərrəmov, Kərim Kərimov, Arif Rəhimzadə, Nurlana Əliyeva, Vaqif Əliyev, Yusif Hümbətov, Nizami Xudiyev də İdarə Heyətindən uzaqlaşdırılıb.

Partiyanın yeni İdarə Heyəti formalaşıb.

Deputatlardan Cavid Osmanov, Tahir Mirkişili, Azər Badamov, Elşad Mirbəşir, Kamal Cəfərov, Ramil Məmməd, Şahin İsmayılov, Sadiq Qurbanov yeni İdarə Heyətində yer alıblar.

Əvvəlki 20 nəfərlik İdarə Heyətindən yeni tərkibdə Bahar Muradova, Əli Əhmədov, Mixail Zabelin, Vasif Talıbov yenidən yer alıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir