Manşet

Rüstəm Orucov bu il ilk dəfə tatamiyə çıxdı: Qələbə ilə başladı

Azərbaycanın bu gün üç cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində mübarizəyə qoşulub.

İkinci yarış günündə 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov bu il debütünü reallaşdırıb. İlin ilk iki yarışını müxtəlif səbəblərlə buraxan Olimpiya mükafatçımız 1/16 finalda Martin Xoyaka (Sloveniya) qalib gəlib.

81 kq-dakı Murad Fətiyev 1/32 finalda Nikolas Şiları (Fransa) mübarizədən kənarlaşdırıb. Onun növbəti rəqibi Vladimir Zoloyev (Qırğızıstan) olacaq. Hidayət Heydərov isə eyni mərhələdə Qilyerme Şimidtlə (Braziliya) qarşılaşıb və ilk görüşündə uduzaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, Böyük Dəbilqəyə martın 7-də yekun vurulacaq. Azərbaycan cüdoçuları ilk yarış gününü medalsız bitirib. Olimpiya lisenziya xalları verən yarışın ilk günündə Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi -60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Aişə Qurbanlı və Leyla Əliyeva (-48 kq) mübarizə aparıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir