Bu gün Qarabağın cənubunda planlaşdırılan axtarış əməliyyatları havanın dumanlı keçməsi səbəbindən ləğv edilib.
Bu barədə Qarabağın erməni icması məlumat yayıb. Məlumatda deyilir ki, belə hallarda axtarış işləri nəticə vermir. Hava şəraiti düzəlsə, axtarışlar sabah davam edəcək.
Qeyd edək ki, Ermənistan rəsmi dairələrinin məlumatına görə, atəşkəsdən bu günə qədər 1490 erməni cəsədi və ya qalığı tapılıb.