Cəmiyyət

Azərbaycanda evlənmək istəyən 21 nəfərdə QİÇS aşkarlandı

Fevral ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 97 nəfərdə sifilis, 21 isə QİÇS aşkar edilib.

Oxu.Az-ın məlumatına görə, ötən ay ərzində ümumilikdə 9 676 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“373 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan yeddi cütlük müəyyənləşdirilib.

2020-ci ildə 75 857 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib. Onlardan 2541 nəfərdə talassemiya daşıyıcılığı, 540 nəfərdə sifilis, 110 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 48 olub”.

Xatırladaq ki, 2015-ci ildən indiyədək 720 897 nəfərdə qan müayinəsi aparılıb. 25 073 cütlükdən birində talassemiya daşıyıcılığı, 293 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2802 nəfərdə sifilis, 740 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb.

Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir