Cəmiyyət

Feminizmin yaranma səbəbləri

 

Feminizm -qadın azadlığı və cinslərin hüquq bərabərliyi nəzəriyyəsidir. Bu nəzəriyyə qadınlara olan ədalətsizliyə və ayrıseçkiliyə etiraz olaraq meydana gəlmişdir. Feminizmin əsas mahiyyəti cinslərin hüqüq bərabərliyinə nail olmaq, qadının şəxsiyyət kimi qiymətləndirilməsindən ibarətdir. Feminizmin ilk dalğası 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərinə təsadüf edir. 20 –ci əsrin ortalarında feminizmin ikinci dalğası başladı. Həmin illərdə ABŞ-da feminist hərəkatı daha güclü vüsət aldı. Lidersiz kiçik qruplar öz hüqüqlarının müdafiəsinə qalxdılar. 80- ci illərdə feminizm cərəyanı zəifləməyə başlayır, bunun əsas səbəbi cərəyanın daxilində yaranan özünütənqidlə izah olunur. Belə ki, 20-ci əsr elmi- texniki yüksəlişlə yanaşı “Qadın inqilabı” dövrü kimi də xatırlanır.

Ümumiyyətlə, qadının ən böyük problem ailə- məişət problemlərində özünü göstərirdi. Qadınların işlə təmin olunmaması, aldıqları təhsilə müvafiq iş yerlərinin olmaması, işləmək istəyi olduğu halda, məhdudiyyətlərlə qarşılaşması, gördüyü işin müqabilində cuzi əmək haqqı ilə qiymətləndirilməsi qadınların inqilabını gerçəkləşdiridi. Feministlər belə hesab edirdilər ki, tarixçilər tarixi kişi nöqteyi-nəzərindən yazır və tarixdə və cəmiyyətdə qadının müstəsna rolunu inkar edirlər.

“Feminizm” termininin ilk yaradıcısı Şarl Furyedir. Biz bu termini daim və tez –tez eşidirik. Qərbdə yaranan bu termin qadının hüquq bərabərliyini ortaya qoydu və bu istiqamətdə mübarizəsini davam etdirdi. Zaman keçdikcə feminist hərəkatı fəallaşmağa geniş arenada yayılmağa başladı.

Cinslərin bərabər hüquqa malik olmaq istəyi təkcə təbbi hüquqların əldə olunması ilə kifayətlənmirdi həm də, sosial hüquqlarının bərpası uğrunda mübarizə aparırdılar. Və 20- ci əsrin 30- cu illərində dünyanın bir çox ölkələrində qadınlara kişilərlə birgə seçki hüquqları verildi, seçki hüqüqunun əldə edilməsi qadın hərəkatının passivləşməsinə dəlalət etdi. İkinci dunya müharibəsindən sonra feminist hərəkatı yenidən güclənməyə başlayır. Müharibədən sonrakı qadın hərəkatına orta təbəqədən olan ingilis və amerikalı qadınlar başçılıq edirdi. Onların fəallaşmasına “Qadınlığın mistikası” kitabı təkan verir. 70-ci illərdən Qadın və feminist tədqiqat mərkəzləri yaradılır və “gender” anlayışı meydana gəlir.

Kapitalizm dövrü qadının cəmiyyətdəki rolu baxımından bir çox cərəyanlar meydana gəlir.

Napaleon Banapart qadın tərbiyəsini yaxşılaşdırmağı labüd hesab etsə də, qadının misiyasını uşaq dünyaya gətirməklə əlaqələndirirdi. Dövrün digər filosof və yazıçıları qadınlar haqqında qadın heysiyyatına zidd nəzəriyyələr irəli sürürdülər. Onlar hesab edirdilər ki, qadın hiyləgərlik, yalançılıq, xəyanət simvoludur.

Vatikanın başçısı İoann Pavel qadın ayrıseçkiliyinə və qadınların nüfüzdan salınmasına qarşı çıxmışdır. Qadına qarşı münasibətin müsbətə doğru dəyişməsi İslam ölkələrindədə özünü göstərirdi

Yaşadığımız 21-ci əsrdə isə feminizm cərəyanını nə demək olduğunu və haradan qaynaqlandığını bilməyənlər özlərini feminist adlandırır. Sadəcə şüarlar yazıb küçələrə çıxmaq feminizm deyil. Mübarizə apardığın nədir? Sosial hüquqların bütün qadınlara, təbii hüquqların əksər qadınlara verildiyi cəmiyyətdə Qadın hərəkatına heç bir ad vermək mümkün deyil. Bu, sadəcə özünüreklamdır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir