Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankından məlumat verilib.
Hərracda tələb 62,3 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bundan əvvəlki hərracda (9 mart) tələb 41,9 milyon ABŞ dolları təşkil edib.