Sosial

Qazimizi tanıyaq

Qazimiz İlkin Abıyev

“Şuşa şəhəri ətrafında döyüşlərdə qəflətən minaya düşdüm, həmin an sol qolumun hara düşdüyünü tapa bilmədik. Döyüşçü yoldaşlarım dərhal mənə ilkin tibbi yardım göstərərək qanaxma olmaması üçün qolumun qopan yerindən sarımağa başladılar. Mən isə dedim ki, heç olmasa, qopub düşən qolumu tapın, biləyimdəki o saatı açın, qolum heç oldu, heç olmasa, saatı açın götürün. Saatı min cür əziyyətlə almışam, həmin saatı müharibədən bir neçə ay əvvəl Türkiyə Cümhuriyyətində xidməti təlimdə olarkən pulumu sıxışdırıb almışdım. Lakin nə qolumu, nə də saatı tapa bilmədik”.

Bundan sonra qazimizlə görüşə gələn Qusar rayon prokuroru Elxan Əbdürrəhimov öz saatını qolundan açaraq İlkin Abıyevə hədiyyə edib və saatı onun sağ qoluna bağlayıb.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir