Manşet

Bakı sakinindən “Makarov” tipli tapança götürülüb – VİDEO

 

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının Məmmədli kəndi ərazisində keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhər sakini, 65 yaşlı Cənnət Məcidov saxlanılıb.

Onun üzərindən bir ədəd “Makarov” tipli tapança aşkar edilərək maddi sübut kimi götürülüb.

O, tapançanı 200 manata tanımadığı şəxsdən aldığını və Məmmədli kəndində satmaq istədiyini bildirib.

Qeyd edək ki, Cənnət Məcidov 7 dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir