Cəmiyyət

Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur – MÜRACİƏT

“Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi Famil Qasımov korrupsiya əməlləri nəticəsində dövlətə, Azərbaycan ordusuna ciddi ziyanlar dəyməkdədir. Famil Qasımov Göyçay hərbi komissarlığını açıq-aşkar bazara döndərib”. Bu sözlər Göyçay rayon sakinləri tərəfindən DİA.AZ-a göndərilən müraciətdə yer alıb.

Daha sonra müraciət müəllifləri yazırlar: “Hərbi xidmətə yararsız hesab edilən vətəndaşlar üç ildən bir təkrar tibbimüayinədən keçmək üçün əvvəl qiymət 300 manat idisə hazırda Famil Qasımov bu məbləği 500 manata qaldırıb.Bunu isə onunla əsaslandırır ki, qiyməti yuxarıdan qaldırıblar.
Həmçinin Famil Qasımovun köməkliyi ilə sağlam, hərbi xidmətə tam yararlı vətəndaşlar saxtakarlıqla hərbi xidmətə yararsız edilmişdilər.
Göyçay rayonunda hərbi xidmətə yararsız edilmiş sağlam insanlar var ki, onlar uzun müddət ölkədən xaricdə olsalarda özləri burada olmadan tibbi müayinədən onların sənədləri keçirilib saxta və qanunsuz rəy verilib.Ölkədən kənarda olan şəxslərin tibbi komisiyadan keçirilməsi üçün Famil Qasımov onların hər birindən 2000 manat pul alır.Buna görə də vacibdir ki, özü ölkədən kənarda olan ancaq saxtakarlıqla tibbi komissiyadan keçirilmiş şəxslərin sənədləri yoxlanılmalıdır.
Buna görə zərurət var ki, 5 il ərzində tibbi komisiyadan keçirilib hərbi xidmətə yararsız edilmiş şəxslərin sənədləri yoxlanılsın.Obyektiv yoxlama aparılarsa bu fakt təsdiqini tapacaq.Famil Qasımov bu cinayəti həkimlərlə əlbir olub edib.
Həmçinin sağlam şəxsin hərbi xidmətə yararsız edilməsinin qiymətini müharibədən sonra Famil Qasımov 8000 manata qaldırmışdır.Səbəbini isə belə izah edir ki, müharibə şəraitindəyik.
Həttda komissar Famil Qasımov öz qohum tanışlarınıda hərbi xidmətdən yayındırmışdır.Həttda onların təkrar tibbi müayinədən keçirilməsini də heç bir yoxlama aparılmadan özü təşkil edir.
Bunlardan biri isə hərbi komissar Famil Qasımovun qohumu şübhəli təhsili və saxta diplomlu olan Göyçay şəhər sakini Dadaşov Adil Qadir oğludur.
Dadaşov Adil Qadir oğlu sağlam və hərbi xidmətə tam yararlı olsada qohumu Göyçay rayon hərbi komissarı Famil Qasımovun köməkliyi ilə saxta həkim rəyi ilə hərbiyə yararsız edilmişdir.
Əgər Dadaşov Adil Qadir oğlu Bakı şəhərində ixtisalaşdırlmış xəstəxanada müasir tibbi aparatlar vasitəsi ilə müayinə edilərsə hərbidən yararsız edilməsinə əsas kimi qeyd edilmiş xəstəlik onda mövcud olmayacaq.Bu cinayətdir ki, hərbi komissar Famil Qasımov həkim komissiyası ilə əlbir olub etmişdir.
Hazırda Dadaşov Adil Qadir oğlunun təkrar tibbi müayindən keçirilmə müddəti gəlib çatmışdır.Buna görə zərurət var ki, tam sağlam olan Dadaşov Adil Bakı şəhərində ixtisalaşdırlmış xəstəxanada müasir aparatlar vasitəsi ilə müayinə edilib hərbi xidmətə göndərilsin.Ancaq hərbi komissar Famil Qasımov buna qətiyyən imkan verməz.
Famil Qasımov talançılıqla əldə edilmiş kapitalı hesabına Bakı şəhərində 2 böyük villaya, mərkəzdə 8 mənzilə və 12 böyük ticarət obyektinə sahib olmuşdur.Famil Qasımovun Azərbaycan Ordusuna vurduğu zərərin miqiyası çox böyükdür.
İnanırıq ki, Ali Baş Komandan prezident cənab İlham Əliyev bu cinayət faktlarıının araşdırılıb korrupsiya əməlləri ilə məşğul olan hərbi komissir Famil Qasımovun barəsində ciddi tədbirlər görülməsinə tapşırıq verəcək”.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir