Təhsil Nazirliyi son 10 ildə əməlli-başlı “narxoz”laşdı, rəhbərliyin çoxu “Narxoz”un məzunlarıdır. Onlardan biri də Firudin Qurbanovdur.
2014- cü ildən Azərbaycan Respublikasının təhsil nazirinin müavini olan Firudin Qurbanov barəsində yazmaq üçün onun rəsmi tərcümeyi-halına nəzər saldıq.
Cənab Qurbanov 1952-ci ildə Ağsuda anadan olub. Sonra keçmiş “Narxoz”u bitirib. Sonralar isə xeyli müddət müxtəlif nazirliklərdə orta ranqlı vəzifələrdə çalışıb.
Wikipediya-da yazılanlara görə, Firudin müəllimin futbolumuzun inkişafında böyük əməyi olub.
Vallah, belə məqamda adam yazmağa söz tapmır. Futbolumuzun hansı dərəcədə inkişaf etdiyi hamımıza aydındır. Əlbəttə, hamımız istəyərdik ki, dünya səviyyəli futbolumuz olsun.
İkinci, Firudin müəllimin ömür yolunda bir maraqlı məqamda var.
Firudin müəllim 2015-ci ilin may ayında Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti seçilib.
Təsəvvür edirsiniz, 2015- 1952 = 63 yaşlı qosqoca kişi gənc futbolçu tələbələrin rəhbəri seçilib. Məncə, əlavə şərhə ehtiyac yoxdur.
Sonralar Firudin Qurbanov bir müddət BDU-da rektor əvəzi də işləyib. Həmin dövrün canlı şahidləri deyir ki, rektor əvəzi BDU-nun olub-qalan nüfuzunu da zay günə qoydu.
Tələbələrin xaricdən köçürülməsinin qiymətləri Firudin müəllimin sayəsində çox bahalaşdı. Müəllimlərin işə tam və yarımştat düzəlməsi, saathesabı dərslər Firudin müəllimin ”sehrli çubuğu” ilə qalxdı.
Firudin müəllim kimlərisə işə düzəldəndə təkcə pul-paranı deyil, məmurların sevgisini də nəzərə alırdı. Beləcə, cənab rektor əvəzi BDU-nun köhnə bazarına təzə nırx qoymuşdu.
Hələ Firudin müəllimin məmur dostlarının uşaqlarının imtahanlarını tapşırmaq, qayıb sildirmək və s. adi normaya çevrilmişdi.
Bəli, Firudin Qurbanov millətin təhsili üzərində özünə əməlli-başlı biznes qura bilib.
Medianın yaydığı məlumata görə, Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
Şirkət 6671381000 saylı lisenziya ilə Sloveniyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu “Slatina” oteli yerləşir. Eyni ünvanda daha bir şirkət – HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. Bu şirkət otelin idarəçiliyini həyata keçirir.
Onun xaricdəki biznesini qardaşı idarə edir.
Bəli, Firudin müəllim həm də yaxşı tacirdir. Xidmət və ticarət sahəsinə təcrübəli kadrdır.
Amma qanunlarımız məmurun biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Ancaq belə qadağalar bizim məmurların gözünə görünmür.
Deyilənə görə nazir olmaq istəyən Firudin Qurbanov cənab nazirlə bağlı mediaya “pas” ötürür. //gundelik-baku.com//