Bu gün ölməz şair və pedaqoq, uşaq ədəbiyyatını görkəmli nümayəndəsi Abdulla Şaiqin 140 illik yubileyinə həsr olunmuş “Arazdan Turana” adlı virtual konfrans keçirildi. Konfrans Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli məclisin Mədəniyyət Komitəsi, AMEA Nizami Gəncəvi adına ədəbiyyat insitutu, Azərbaycan Yazıçılar Birliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu , TÜRKSOY və Beynəlxalq Türk akademiyasının təşkilatçılığı ilə keçirildi. Konfransda MM Mədəniyyət Komitəsinin sədri qənirə Paşayeva, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, millət vəkili, Ədəbiyyat insitutunun direktoru akademik İsa Həbibbəyli, Xalq yazıçısı Xalq yazıçısı , Azərbaycan Yazıçılar birliyinin sədri Anar, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Darhan Kıdırali, TÜRKSOY baş katibinin müavini Bilal Çakıcı, Abdulla Şaiqin mənzil muzeyinin direktoru əməkdar mədəniyyət işçisi dos.dr Ülkər Talıbzadə, RegionalHüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin nümayəndəsi Arzu Bağırova, Türk Ocaqları Başqanı dr. Akif Aşırlı, Türk ədəbiyyatı Vaqifinin müdiri İmdat Avşar, ADPu Quba filialının direktoru Dos.dr. Yusif ali Afşar iştirak etdilər. İştirakçılar Abdulla Şaiqin pedoqoji , ədəbi yaradıcılığı və ədəbi yaradıcılığında konseptual məsələlər, tərcüməçilik fəaliyyəti haqqında çıxış etdilər, yaradıcılığına virtual səyahət edən qonaqlar Azərbaycan ədəbiyyatında Şaiq mövqeyinin xüsusi və danılmaz olduğunu, Onun təkcə uşaqların deyil, xalqın rəğbət və sevgisini qazanmış, pedaqoq, ədib, azadlıq hissləri ilə alışıb- yanan, yorulmadan türkçülüyü, turançılığı təbliğ edən şəxsiyyət olduğunu söylədilər. Abdulla Şaiqə həsr olunmuş konfransın tarixi də təsadüfi seçilməyib, 18 mart Çanaqqala zəfəri günüdür.