Rəy
Mən “DƏVƏLI STONE” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra Cəmiyyət) 31 dekabr 2019-cu il tarixinə maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.
Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2019-cu il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.
Rəy üçün əsaslar
Mən auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm və mən digər etik öhdəliklərimi bu tələblərə uyğun yerinə yetirmişəm. Hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.
Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti
Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına
və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.
İdarəetməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.
Azərbaycan Respublikasının Auditorlar
Palatası tərəfindən verilmiş
İcazə (Lisenziya) SA/373 27.11.2017-ci il
03 noyabr 2020-ci il
Bakı, Azərbaycan Respublikası F. X. Xoyski 98a
E-mail :[email protected] Tel: (051) 486-17-21
Azərbaycan Respublikasının
Auditorlar Palatasının
Sərbəst Auditoru: Abbasov Yaşar Çingiz oğlu